Braziliya millisində itkilər
- 2022-03-26
Braziliya millisi iki itki ilə üzləşib.
Komandanın aparıcı üzvləri Neymar və Vinisius cəzalı duruma düşüb. Hər iki futbolçu DÇ-2022-nin seçmə mərhələsində Çili ilə oyunda (4:0) sarı vərəqə alıblar.
Futbolçular seçmə mərhələnin növbəti turunda Boliviya ilə matçda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Braziliya millisi artıq DÇ-2022-yə vəsiqəni təmin edib.