Burak Yılmaz millidəki karyerasını başa vurdu
- 2022-03-26
Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.
37 yaşlı hücumçu bu barədə özü açıqlama yayıb. Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları matçdan (1:3) sonra bunları deyib:
"Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm".
Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.