Daha iki iştirakçı müəyyənləşdi
Milli komandalar

Daha iki iştirakçı müəyyənləşdi

  • 2022-03-25

DÇ-2022-nin final mərhələsinin daha iki iştirakçısı müəyyənləşib.

Bunlar Uruqvay və Ekvador milliləridir.

Uruqvaylılar ötən gecə Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 17-ci turunda Peru millisinə 1:0 hesabı ilə qalib gəlib. Ekvador isə Paraqvaya 1:3 hesabı ilə uduzub. Hazırda hər iki komandanının 17 oyundan sonra 25 xalı var. Bu da digər rəqiblər üçün əlçatmazdır.

Bundan əvvəl isə Cənubi Amerkadan Braziliya və Argentina milliləri DÇ-2022-yə vəsiqəni təmin etmişdi.

Ümumilikdə meydan sahibləri Qətərlə birlikdə 19 komandanın mundialın final mərhələsində iştirakı dəqiqləşib.

1. Qətər  - Ev sahibi ölkə

2. Almaniya  - Avropa seçmə mərhələsində J qrupunun qalibi (11 oktyabr 2021)

3. Danimarka  - Avropa seçmə mərhələsində F qrupu (12 oktyabr 2021)

4. Braziliya  - Cənubi Amerikada ilk dördlüyü təmin edib (11 noyabr 2021-ci il)

5. Belçika  - Avropa seçmə mərhələsində E qrupunun qalibi (13 noyabr 2021)

6. Fransa  - Avropa seçmə mərhələsində D qrupunun qalibi (13 noyabr 2021)

7. Xorvatiya  - Avropa seçmə mərhələsində H qrupunun qalibi (14 noyabr 2021)

8. İspaniya  -  Avropa seçmə mərhələsində B qrupunun qalibi (14 noyabr 2021)

9. Serbiya  - Avropa seçmə mərhələsində A qrupunun qalibi (14 noyabr 2021)

10. İngiltərə  - Avropa seçmə mərhələsində I qrupunun qalibi (15 noyabr 2021)

11. İsveçrə  - Avropa seçmə mərhələsində C qrupunun qalibi (15 noyabr 2021)

12. Niderland  - Avropa seçmə mərhələsində G qrupunun qalibi (16 noyabr 2021)

13. Argentina  - Cənubi Amerikada ilk dördlüyü təmin edib (16 Noyabr 2021)

14. İran  - Asiyada A qrupunda ilk yerdən birini təmin edib (27 yanvar 2022)

15. Koreya  - Asiyada A qrupunda ilk iki yerdən birini təmin edib (1 fevral 2022)

16. Yaponiya  - Asiyada B qrupunda ilk iki yerdən birini təmin edib (24 mart 2022)

17. Səudiyyə Ərəbistanı  - Asiyada B qrupunda ilk iki yerdən birini təmin edib (24 mart 2022-ci il)

18. Uruqvay  - Cənubi Amerikada ilk dördlükdə yerini təmin edib (25 mart 2022)

19. Ekvador  - Cənubi Amerikada ilk dördlükdə yerini təmin edib  (25 mart 2022) 

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.