İtaliya üzərindəki sensasiyalı qələbənin şərhi
- 2022-03-25
Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski DÇ-2022-nin "pley-off"unda İtaliya üzərindəki sensasiyalı qələbəni (1:0) şərh edib.
UEFA-nın sayına istinadən, o, son Avropa çempionları ilə görüşdən sonra deyib:
"Biz onları italyansayağı tərzdə məğlub etdik. Qapıya cəmi iki zərbə vurduq ki, biri qol oldu. Bu qələbəyə görə şadam və futbolçularımla fəxr edirəm.
Elmas "pley-off"un finalında bizimlə olacaq və komandanı gücləndirəcək. Traykovskiyə görə şadam. Biz məhz belə oynamağı planlaşdırırdıq. Özümüzün güclü tərəfimizi bilirik. Matçdan əvvəl futbolçularımdan xahiş etmişdim ki, oyundan həzz alsınlar. Onlar bunu edə bildilər".
Xatırladaq ki, Şimali Makedoniya İtaliyanı səfərdə, 90+2-ci dəqiqədə vurulan yeganə qol sayəsində məğlub edib. Finalda onların rəqibi Portuqaliya olacaq.