Millətlər Liqasında dünənin nəticələri
Milli komandalar

Millətlər Liqasında dünənin nəticələri

  • 2022-03-25

Dünən UEFA Millətlər Liqasında pley-off oyunları keçirilib.

Estoniya millisi Kiprlə qolsuz bərabərə qalıb, Moldova yığması isə Qazaxıstana 1:2 hesabı ilə uduzub. Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar. Həmçinin görüşlər Millətlər Liqasında bu mövsümün qruplarının tərkibinin dəqiqləşməsi baxımından da önəm daşıyır. Moldova - Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.

Estoniya - Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası, pley-off

İlk oyunlar

24 mart

21:00. Moldova - Qazaxıstan - 1:2

Qollar: İon Nikolaesku, 45+1 - Sergey Malıy, 63, Vyaçeslav Posmak, 79-avtoqol

21:00. Estoniya - Kipr - 0:0