Roberto Martinesin oyun haqqında açıqlamaları
Milli komandalar

Roberto Martinesin oyun haqqında açıqlamaları

  • 2021-06-26

“Həqiqətən yaxşı dinamikamız var. Kevin De Brüynenin bu matçda oynamaq üçün əla fiziki formada olduğunu hiss edirəm. Eyni sözləri Aksel Vitsel və Eden Hazard haqqında da deyə bilərəm. Kevinin oynamağı vacib rol olacaq. Çünki bir mövqeyə bağlı olan oyunçulardan deyil".

Bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines Avro-2020-nin 1/8 finalında Portuqaliya ilə oyun öncəsi "Apnews"a açıqlamasında deyib.

"Qrup mərhələsində doqquz xal toplamağımızdan və bütün oyunçuları pik formaya gətirdiyimizdən məmnunam. Futbolçularıb hamısı tamamilə hazır vəziyyətdə Sevilyaya getdilər. Portuqaliya ilə oyunda həqiqətən yaxşı qurulmuş bir müdafiə komandasına qarşı səbr etməliyik" - deyə o bildirib.

Martines Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqda da danışıb: "Ronaldoya hörmət edirik, lakin bu matçda fərdi deyil, komanda hərəkətləri ön plana çıxacaq. Bütün diqqətimizi ona cəmləşdirməyəcəyik. Ronaldoya qarşı oyun planımız yoxdur".

Qeyd edək ki, iyunun 27-i keçiriləcək Belçika - Portuqaliya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.