Türkiyə və İtaliya məğlub oldular
Milli komandalar

Türkiyə və İtaliya məğlub oldular

  • 2022-03-25

Dünən DÇ-2022-də pley-off oyunlarına start verilib.

Əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılıb. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyib. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna - Şotlandiya matçı isə iyuna təxirə salınıb.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və 1:3 hesabı ilə uduzub. Avropa çempionatının son qalibi İtaliya yığması isə Şimali Makedoniyaya gözlənilmədən məğlub olub - 0:1. Uels Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.  İsveç isə Çexiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Portuqaliya, Şimali Makedoniya, Uels və İsveç pley-offun finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri 28-29 martda olacaq. 

DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal

24 mart


A yolu
23:45. Uels - Avstriya - 2:1

Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)

B yolu
23:45. İsveç - Çexiya - 1:0 

Qol: Kvayson, 110

C yolu
23:45. İtaliya - Şimali Makedoniya - 0:1

Qol: Traykovski, 90+2 

23:45. Portuqaliya - Türkiyə - 3:1

Qollar: Otavio, 15 (1:0), Jota, 42 (2:0), Burak Yılmaz, 65 (2:1), Luiz, 90+4
Reallaşdırılmayan penalti: Burak  Yılmaz, 85 (Türkiyə)

Final cütlükləri

Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya - Şimali Makedoniya

Polşa - İsveç