Türkiyə "Avro-2028" üçün "UEFA"ya müraciət etdi
Milli komandalar

Türkiyə "Avro-2028" üçün "UEFA"ya müraciət etdi

  • 2022-03-24

Türkiyə Avro-2028-ə ev sahibliyi etmək niyyətindədir. 

Bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb. Qurum yarışa ev sahibliyi etmək üçün rəsmi şəkildə UEFA-ya müraciət etdiklərini bildirib. 

UEFA məsələ ilə əlaqədar son qərarı aprelin 5-də açıqlayacaq. 

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, İsveçrə, Şimali İrlandiya, İrlandiya respublikası, Uels Avro-2028 üçün namizədliyini irəli sürmüşdü.