"Bu oyun bizim üçün final matçı olacaq"
- 2022-03-24
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin pley-off mərhələsində Türkiyə yığması ilə keçirəcəkləri matç barədə danışıb.
Mütəxəssis görüşdən öncə təşkil olunan mətbuat konfransında bu oyunun finala bərabər olduğunu deyib:
"Mənim yığmadakı gələcəyim ilə bağlı suallar verirsiniz, amma mən hazırda Türkiyə ilə matçla bağlı danışmaq istəyirəm. Komandamız bugünki oyuna hazırdır. Motivasiyamız yüksəkdir. İndiyədək davamlı olaraq çalışmışıq və əlimizdən gələni etmişik. Məqsədimiz dünya çempionatının finalına qatılmaqdır. Hazırda isə sadəcə Türkiyə ilə oyuna köklənmişik. Bu oyun bizim üçün final matçı olacaq".
Qeyd edək ki, bugün Portuqaliyadakı "Estadio do Dragao" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:45-də başlayacaq.