"DÇ-2022"də pley-off oyunlarına start verilir
Milli komandalar

"DÇ-2022"də pley-off oyunlarına start verilir

  • 2022-03-24

Bu gün DÇ-2022-də pley-off oyunlarına start veriləcək.

Əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılacaq. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna - Şotlandiya ilə matçı isə iyuna təxirə salınıb.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. Avropa çempionatının son qalibi İtaliya yığmasının rəqibi isə Şimali Makedoniya olacaq.

Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri isə 28-29 martda olacaq.  A yolunda Rusiya texniki məğlubiyyət aldığı üçün pley-off-un finalında Polşa Uels-Avstriya cütünün qalibi ilə üz-üzə gələcək.

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.

Xatırladaq ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.


DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal

24 mart


A yolu
23:45. Uels - Avstriya

B yolu
23:45. İsveç - Çexiya

C yolu
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə