"Avro-2020"də 1/8 final başlayır
Milli komandalar

"Avro-2020"də 1/8 final başlayır

  • 2021-06-26

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə Uels Danimarka ilə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya cütünün qalibi olacaq.

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. Mərhələni keçən komanda 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı, 1/8 final mərhələsi

20:00. Uels - Danimarka
Baş hakim:
 Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"

23:00. İtaliya - Avstriya
Baş hakim:
 Entoni Teylor (İngiltərə)
London, "Uembli" stadionu