Almaniya millisinin heyətində itki
Milli komandalar

Almaniya millisinin heyətində itki

  • 2022-03-23

Almaniya millisinin heyətində dəyişiklik edilib.

Bundestimin mətbuat xidmətinə istinadən, Serj Qnabri millinin düşərgəsini tərk edib. Onda qrip əlamətləri olduğu üçün məşqçilər korpusu bu qərarı verib.

"Bavariya"nın yarımmüdafiəçisinin əvəzinə heyətə Dortmund "Borussiya"sından Julian Brandt cəlb edilib.

Qeyd edək ki, Almaniya millisi martın 26-da İsrail, 29-da isə Niderlandla yoxlama oyunu keçirəcək.