Türkiyə millisinin Portuqaliya ilə oyun üçün heyəti
- 2022-03-19
Türkiyə millisinin DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə oyun üçün genişləndirilmiş heyəti açıqlanıb.
Türkiyə Futbol Federasiyasının saytına istinadən, baş məşqçi Stefan Kuntz aşağı adları qeyd olunan oyunçuları yığmaya dəvət edib:
Qapıçılar: Altay Bayındır ("Fənərbaxça"), Sinan Bolat ("Gent"), Uğurcan Çakır ("Trabzonspor")
Müdafiəçilər: Mehmet Zeki Çelik ("Lill"), Mert Müldür ("Sassuolo"), Çağlar Söyüncü ("Lester"), Kaan Ayhan ("Sassuolo"), Merih Demiral ("Atalanta"), Ozan Kabak ("Norviç Siti"), Serdar Aziz ("Fənərbaxça"), Caner Erkin ("Fatih Karagümrük"), Rıdvan Yılmaz ("Beşiktaş")
Yarımmüdafiəçilər: Abdulkadir Ömür ("Trabzonspor"), Cengiz Ünder ("Marsel"), Yunus Akgün ("Adana Demirspor"), Berkan Kutlu ("Qalatasaray"), Dorukhan Toköz ("Trabzonspor"), Orkun Kökçü ("Feyenoord"), Taylan Antalyalı ("Qalatasaray"), Hakan Çalhanoğlu ("İnter"), Yusuz Yazıcı ("Trabzonspor"), Dorukhan Sinik ("Antalyaspor"), Kerem Aktürkoğlu ("Qalatasaray")
Hücumçular: Burak Yılmaz ("Lill"), Enes Ünal ("Hetafe"), Serdar Dursun ("Fənərbaxça"), Umut Bozok ("Kasımpaşa")
Qeyd edək ki, martın 24-ü keçiriləcək Portuqaliya - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.