Markus Reşford Almaniya ilə oyun öncəsi fikirlərini bildirib
Milli komandalar

Markus Reşford Almaniya ilə oyun öncəsi fikirlərini bildirib

  • 2021-06-25

İngiltərə millisinin hücumçusu Markus Reşford Avro-2020-nin 1/8 finalında Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.

"Sky Sports"a əsasən, 23 yaşlı oyunçu bildirib ki, tarixin bir hissəsi olmaq fürsətinə sahib olduqları üçün xoşbəxtdirlər:  "Əsas hədəfimiz qalib gəlməkdir. Qələbə qazana bilsək, əbədi olaraq xatırlanacaq. Bu, böyük komandaların gələcək illər yaddaşlarda qalmağıdır.

Keçmişdən qorxmağın mənası yoxdur. Onsuz da geriyə dönüb nəyisə dəyişdirə bilməzsən. Ancaq qarşıdakı matçın nəticəsinə təsir göstərə bilərik və qazanmaq şansımızın daha çox olduğuna əmin ola bilərik".

Qeyd edək ki, iyunun 29-u keçiriləcək İngiltərə - Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq