Polşa birbaşa finalda - Rəsmi
Milli komandalar

Polşa birbaşa finalda - Rəsmi

  • 2022-03-09

Polşa millisi  DÇ-2022-nin pley-offunun finalına birbaşa yüksəlib. 

FİFA-nın saytına istinadən, buna Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarlaşdırılması səbəb olub. Polşa finalda İsveç - Çexiya cütünün qalibi ilə oynayacaq.

Qurum həmçinin Şotlandiya - Ukrayna matçının iyun ayına təxirə salındığını açıqlayıb.

Xatırladaq ki, FİFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə növbəti qərar açıqlanana qədər bu ölkənin millisini və klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.