"Pley-off"un təxirə salınması üçün FİFA-ya müraciət etdilər
- 2022-03-04
Ukrayna Furbol Assosiasiyası FİFA-ya müraciət edib.
Müraciətdə Şotlandiyaya qarşı keçiriləcək DÇ-2022-nin pley-off mərhələsinin Qlazqodakı yarımfinal oyununun (24 mart) təxirə salınması xahiş edilib. FİFA belə bir müraciət aldığını təsdiqləyib.
Ukrayna millisinin əsas oyunçuları "Dinamo" (Kiyev) və "Şaxtyor"da (Donetsk) çıxış edir. Hazırda ölkədəki müharibə səbəbindən yerli liqanın oyunları dayandırılıb və futbolçular lazımi formada deyil.
Əgər Ukraynanın müraciəti nəzərə alınsa, aprelin 1-də Dohada DÇ-2022-nin final mərhələsinin püşkatması 32 komandanın 2-sinin iştirakı olmadan keçiriləcək.