Bu ölkələr də Rusiya ilə oyunların boykotuna qoşuldu
- 2022-02-28
Norveç və Uels milliləri Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar.
Bu barədə Norveç Futbol İttifaqı və Uels Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olub.
Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə və Albaniya futbol federasiyaları tərəfindən Rusiya millisinə qarşı keçirilən oyunların boykotuna norveçlilər və uelslilər qoşulub.
Xatırladaq ki, FİFA bundan əvvəl Rusiya yığmasının Rusiya Futbol İttifaqının (RFU) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib.