Ukrayna millisi ev oyunlarını bu ölkədə keçirəcək
- 2022-02-26
Ukrayna millisi Rusiya ilə münaqişə səbəbindən ev oyunlarını Polşada keçirəcək.
Bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa bildirib. O, məsələ ilə əlaqədar özünün Tviter səhifəsində paylaşım edib. Kuleşa artıq bununla bağlı Ukrayna Futbol Assosiasiyasındakı həmkarı Andrey Pavelko ilə danışıq olduğunu qeyd edib: "Mən öz adımızdan ehtiyac olarsa, Ukrayna yığmasının ev oyunlarını qəbul edə biləcəyimizi söylədim. Qarşı tərəf təklifimizi qəbul etdi".
Qeyd edək ki, sözügedən münaqişə səbəbindən Ukraynada hərbi vəziyyət elan edilib.