Yoahim Lövün oyun sonrası açıqlamaları
- 2021-06-24
“Biz xarakter göstərdik, eyni zamanda səhvlər etdik. Hesabı bərabərləşdirənə qədər necə mübarizə apardığımızı görmək xoş idi. Əsəbi bir matç oldu. Macarıstanın sərt mübarizə aparacağını bilirdik. Qrupdan çıxdığımız üçün xoşbəxtəm".
Bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Macarıstanla 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra UEFA-nın saytına açıqlamasında deyib.
"Hesabı bərabərlikdirdikdən sonra növbəti qolu buraxmaq böyük səhv idi. Bu turnirdə bir şey əldə etmək istəyiriksə, buna heç vaxt yol verməməliyik. Ancaq özümüzdən şübhə etmirik. Özümüzə inamımız var" - deyə o bildirib.
51 yaşlı mütəxəssis reytinqdə daha aşağı pillədə olan komandaları fövqəladə səylər göstərdiyini və yaxşı müdafiə olunduğunu vurğulayıb: "Macarıstan millisinin itirəcəyi heç bir şeyi yox idi. Bu çətin qrupdan çıxmağımız çox yaxşıdır. Qarşıda bizi İngiltərə millisi ilə matç gözləyir".
Qeyd edək ki, Almaniya qrup 2-cisi olaraq 1/8 finala yüksəlib.