Marko Rossi trunirlə vidalaşmaları barədə danışıb
- 2021-06-24
Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Almaniya ilə heç-heçə etdikləri matçdan (2:2) sonra yarışla vidalaşmaları barədə danışıb.
“Nemzeti Sport”a əsasən, mütəxəssis futbolçularının öz üzərlərinə düşən hər şeyi etdiyini deyib:
“Qəhrəmanlığa çox yaxın idik. Almaniyaya qalib gəlmək, növbəti mərhələyə adlamaq yalnız tarixi deyil, tamamilə ağlasığmaz hadisə olardı. Ancaq ən yaxşı nağıllarda belə sonluq həmişə xoşbəxt olmur. Bilirəm ki, texniki cəhətdən dünyada ən yaxşı deyilik. Müdafiədəki oyunumuz, bir-birimizə kömək etməyimiz heyrətamizdir. Düzü, hücum futbolunu da sevirəm, amma rəqiblərimizin kim olduğunu nəzərə almalıydım. Əsas odur ki, qorxmurduq və futbolçular mənim istədiyim hər şeyi etdilər. 7-8 milyon macarıstanlı evdə bizə baxdı. Onlar bizim mübarizəmizlə fəxr edə bilər”.