Milli komandalar

Afrikanın ən güclüsü Seneqal ! - Video

  • 2022-02-07

Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçirilib.

Final oyunu Sadio Manenin lideri olduğu Seneqalla Məhəmməd Salahın kapitanı olduğu Misir millisi üz-üzə gəlib.  Kamerunda keçirilən bu görüşün əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (4:2) Seneqal millisi turnirin qalibi olub. Bununla da yığma tarixində ilk dəfə Afrika Millətlər Kubokunu qazanıb.

 

Qeyd edək ki, Misir bunadək 7 dəfə sözügedən yarışın qalibi, Seneqal isə 2 dəfə gümüş mükafatçısı olmuşdu.

Seneqal - Misir - 0:0 (penaltilər seriyası - 4:2)