Fernandu Santuş oyun sonrası açıqlama verib
- 2021-06-24
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Avro-2020-nin 3-cü turunda Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.
O, komandasının oyunundan razı qaldığını bildirib:
“Oyunda ən çox bəyəndiyim şey komandanın kollektiv hərəkət etməsi idi. Futbolçular Almaniya ilə matçın təkrarlanmaması üçün nələrin edilməsi lazım olduğunu soruşanda, özümüzə bənzəməyin yetərli olduğunu dedim. Döyüş ruhumuzu itirmədən davamlı, güclü oynadıq. Komandanın inkişaf üçün şərait var. Görüşdə ilk hissə yaxşı keçdi. Həmişə olduğu kimi çox mütəşəkkil idik. Rəqibə şans vermədik. Amma ikinci hissəyə pis başladıq. Fransa millisi qol da vurdu. Ancaq yenidən oyun qurmağı bacardıq".
Santuş 1/8 final mərhələsindəki rəqibləri olan Belçika millisini də dəyərləndirib: “Belçika millisi isə çətin rəqibdir. FİFA reytinqində birinci yerdədirlər. Ancaq onları yaxşı analiz edib, nəticə qazanmalıyıq”.
Qeyd edək ki, iyunun 27-də keçiriləcək Belçika – Portuqaliya matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.