Afrikada Kubokunda final günü
Milli komandalar

Afrikada Kubokunda final günü

  • 2022-02-06

Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada Sadio Manenin lideri olduğu Seneqalla Məhəmməd Salahın kapitanı olduğu Misir millisi üz-üzə gələcək. Kamerundakı bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Misir indiyədək 7 dəfə sözügedən yarışın qalibi, Seneqal isə 2 dəfə gümüş mükafatçısı olub.

Əlavə edək ki, dünən keçirilən üçüncü yer uğrunda oyunda Kamerun Burkina Fasoya qalib gələrək (3:3, penaltilər seriyasında 5:3) bürünc medal qazanıb