Fransa millisində ciddi itkilər
Milli komandalar

Fransa millisində ciddi itkilər

  • 2021-06-24

Fransa millisi iki ciddi itki ilə üzləşib.

Komandanın müdafiəçiləri Lyuk Din və Lyuk Hernandez Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə matçda (2:2) zədələniblər.

Fransa millisinin baş məşqçisi Didye Deşam görüşdən sonra oyunçuların zədəsinin durumu haqda UEFA-nın saytına danışıb. O, Din üçün turnirin böyük ehtimalla başa çatdığını deyib: "Hal-hazırda onun durumu məni daha çox narahat edir. Dində əzələ zədəsi var. Onun bu turnirdə oynaya biləcəyinə inanmaq çətindir. Hernandez də isə kiçik diz problemi var".

Qeyd edək ki, Fransa 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.