Milli komandalar

Seneqalın finaldakı rəqibi Misir oldu - Video

  • 2022-02-04

Afrika Millətlər Kubokunda sonuncu finalçı müəyyənləşib.

Yarımfinal görüşündə Misir yığması  Kamerun millisi ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Buna görə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Misir millisi finala vəsiqə qazanıb.

 Beləliklə, Afrika Millətlər Kubokunun fevralın 6-da keçiriləcək  finalında Seneqal və Misir yığmaları qarşılaşacaq. Həlledici oyun fevralın 6-da keçiriləcək.

 

Afrika Millətlər Kubokunda Yarımfinal:

Kamerun – Misir 0:0 (penaltilərı 1:3)