Avropa çempionatında tarixi gün
- 2021-06-24
Ötən gün Avropa çempionatları tarixində ilk qeydə alınıb.
“Opta”ya əsasən, Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda E və F qruplarında 4 görüşdə ümumilikdə 18 qol vurulub. İspaniya Slovakiyanı 5:0 hesabı ilə məğlub edibsə, İsveç Polşaya 3:2 hesabı ilə qalib gəlib. Portuqaliya Fransa ilə, Almaniya isə Macarıstanla 2:2 hesablı heç-heçəyə razılaşıb. Beləliklə, tarixdə ilk dəfə Avropa çempionatlarında 1 oyun günündə 18 qol vurulub. Bu isə turnirin tarixində rekord göstəricidir.
Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsi dünən keçirilən qarşılaşmalarla başa çatıb. İyunun 26-da isə turnirin 1/8 final mərhələsi start götürəcək.