Milli komandalar

Misir Mərakeşə qalib gəldi, yarımfinala yüksəldi - Video

  • 2022-01-31

Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin görüşləri keçirilir.

Misir Mərakeşlə qarşılaşıb.

Görüşdə hesabı 7-ci dəqiqədə Mərakeş yığmasının oyunçusu Sofian Bufal açıb. 53-cü dəqiqədə Məhəmməd Salah hesabı bərabərləşdirib. Matçın əsas vaxtında qapılara yenidən qol vurulmayıb. Qalibin adına əlavə vaxtda aydınlıq gəlib. Terezeqe 100-cü dəqiqədə rəqibi məyus edərək Misirə 2:1 hesablı qələbə qazandırıb. Beləliklə, Misir millisi yarımfinala yüksəlib. 

Yarımfinalda Misir yığması 1/4 finalda Qambiyanı məğlub edən (2:0) Kamerun ilə oynayacaq.