Afrika kubokunda ilk yarımfinalçılar bilindi
Milli komandalar

Afrika kubokunda ilk yarımfinalçılar bilindi

  • 2022-01-30

Afrika Millətlər Kubokunda 1/4 finalın iki oyunu keçirilib.

Qambiya ilə qarşılaşan Kamerun millisi 2:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. Digər yarımfinalçı isə Tunisi minimal hüsabla üstələyən Burkina Faso yığması olub.

Qeyd edək ki, Kamerun millisi yarımfinalda Misir - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq. Burkina Faso isə finala gedən yolda Ekatorial Qvineya - Seneqal cütünün güclüsü ilə üz-üzə gələcək.

Afrika Millətlər Kuboku

1/4 final

Kamerun - Qambiya 2:0

Qollar: Karl Toko Ekambi, 50, 57

Burkina Faso  - Tunis - 1:0

Qol: Oattara, 45+3

30 yanvar

19:00. Misir - Mərakeş

23:00. Seneqal - Ekvatorial Qvineya