Braziliyadan xal itkisi, Argentina və Uruqvaydan qələbə
Milli komandalar

Braziliyadan xal itkisi, Argentina və Uruqvaydan qələbə

  • 2022-01-28

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib.

Turun ilk günündə üç matç olub. 

Lider Braziliya millisi Ekvadorla qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Argentina isə Çili üzərində 2:1 hesablı qələbə ilə liderlə xal fərqini 4-ə endirib. Uruqvay isə Paraqvaya qalib gəlib - 1:0.

Qeyd edək ki, tura bu gün keçiriləcək Kolumbiya – Peru, Venesuela – Boliviya matçları ilə yekun vurulacaq.

27 yanvar

DÇ-2022 seçmə mərhələsi

15-ci tur

Ekvador – Braziliya – 1:1
Qolla
r: Torres, 75 - Kazemiro,6

Paraqvay – Uruqvay – 0:1
Qol:
 Suares, 50

Çili – Argentina – 1:2
Qollar
: Brereton, 20 – Di Mariya, 9, Martines, 34