Millimiz İspaniya ilə heç-heçə etdi
Milli komandalar

Millimiz İspaniya ilə heç-heçə etdi

  • 2022-01-27

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirib.

Millimiz İspaniya ilə qarşılaşıb. Niderlandın Qroningen şəhərindəki "Martini Plaza"da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Qrupda turun digər matçında Gürcüstan Bosniya və Herseqovinanı 2:1 hesabı ilə məğlub edib.

Bununla da Joze Alesionun çalışdırdığı millimiz  qrupda ilk xalını qazanıb. Komandamızın qrupdan çıxması isə çox çətin görünür. Bunun üçün yığmamız son turda Bosniya Herseqovinaya böyük hesabla qalib gəlməli və güclü İspaniya millisinin Gürcüstana uduzmasını gözləməlidir.

Qeyd edək ki, millimiz ilk turda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1. Yığmamız qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.

26 yanvar 

Avro-2022, final mərhələsi

2-ci tur

D qrupu

23:30. İspaniya – Azərbaycan – 2:2