Mane xəstəxanalıq oldu
- 2022-01-26
Seneqal millisinin futbolçusu Sadio Mane Afrika Millətlər kubokunda Kapo-Verdeyə qarşı keçirilən matçdan (2:0) sonra xəstəxanaya aparılıb.
"Liverpul"un yarımmüdafiəçisi matçın ikinci hissəsində rəqib komandanın qapıçısı Jozimar Vozineylə toqquşub.
Epizodda qapıçı kobud müdaxiləyə görə qırmızı vərəqə alıb. Oyuna davam edən Sadio Mane qarşılaşmanın 63-cü dəqiqəsində matçda hesabı açıb, 7 dəqiqə sonra isə əvəzlənib.
Yığmanın kapitanı başından aldığı xəsarətə görə matçdan sonra müayinə üçün xəstəxanaya aparılıb. Onda ciddi zədə almadığı məlum olub. Onunla toqquşan rəqib qapıçısı Jozimar Voziney futbolçunu xəstəxanada ziyarət edib.