Balotelli uzun aradan sonra milliyə çağırıldı
Milli komandalar

Balotelli uzun aradan sonra milliyə çağırıldı

  • 2022-01-25

"Adana Demirspor"un futbolçusu Mario Balotelli 2018-ci ilin sentyabrından sonra ilk dəfə İtaliya millisinə çağırılıb.

İtaliya Futbol Federasiyasının "Tvitter" səhifəsinə istinadən, baş məşqçi Roberto Mançini yanvardakı təlim-məşq toplanışı üçün 31 yaşlı hücumçuya da dəvət göndərib.

Qeyd edək ki, İtaliya 26-28 yanvar tarixlərində DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçəcək.