"Avro-2020"nin F qrupunun bütün oyunları yekunlaşıb.
Milli komandalar

"Avro-2020"nin F qrupunun bütün oyunları yekunlaşıb.

  • 2021-06-24

Avro-2020-nin F qrupunun bütün oyunları yekunlaşıb.

“Ölüm qrupu” sayılan F qrupunda Fransa pley-offa vəsiqəni əvvəldən təmin etmişdi. Digər 3 komandanın 1/8 finala çıxmaq şansı var idi. Almaniya Münhendə Macarıstanla qarşılaşıb. Oyunun gedişində macarlar iki dəfə hesabda irəli çıxsalar da, almanlar möcüzəyə imkan verməyib. Görüş 2:2 hesabı ilə başa çatıb. Portuqaliya isə Fransa ilə matçda heç-heçə edib - 2:2. Bu nəticələrdən sonra Almaniya və Portuqaliya da pley-offa yüksəlib. Macarıstan millisi isə 2 xalla qrup sonuncusu olub və turnirlə vidalaşıb.

F qrupu

Almaniya - Macarıstan - 2:2
Qol: 
Szalay, 11 (0:1), Havertz, 66 (1:1), Şafer, 68 (1:2), Qoretska, 83 (2:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen. “Allyans Arena”

Portuqaliya – Fransa - 2:2
Qol:
 Ronaldo, 31-pen. (1:0), Benzema, 45+2-pen. (1:1), 47 (1:2), Ronaldo, 60-pen. (2:2)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”

F qrupu

1.Fransa

2.Almaniya

3.Portuqaliya

4.Macarıstan


Qeyd edək ki, siz turnir cədvəlinə buradan baxa bilərsiz.