İspaniya millisinin tarixində ilk
- 2021-06-23
İspaniya millisi 101 illik tarixində ilk dəfə ardıcıl 5 penaltini dəqiq yerinə yetirə bilməyib.
"Mister Chip"ə əsasən, yığma son olaraq Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda hazırda davam edən Slovakiya ilə matçda penaltidən yararlana bilməyib. Komandanın hücumçusu Alvaro Morata penaltini qola çevirməyi bacarmayıb.
Daha əvvəl isə Cerrard Moreno (Polşa ilə matç, 1:1) və Abel Ruis (Litva ilə yoldaşlıq görüşü, 4:0) hərəyə 1 dəfə, Serxio Ramos (Millətlər Liqası, İsveçrə ilə matç, 1:1) isə 2 dəfə penaltidən yararlana bilməyib.