"Avro-2020"nin E qrupunun bütün oyunları yekunlaşıb.
Milli komandalar

"Avro-2020"nin E qrupunun bütün oyunları yekunlaşıb.

  • 2021-06-23

Avro-2020-nin E qrupunun bütün oyunları yekunlaşıb.

İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0.  Digər matçda isə İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib.

Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb. Polşa da 1 xalla sonuncu yerlə turnirdə mübarizəni dayandırıb.

Slovakiya – İspaniya - 0:5
Qollar: 
Dubravka, 30-avtoqol, Emerik Lyaport, 45+3, Pablo Sarabiya, 56, Ferran Torres, 67, Kuçka, 71-avtoqol
Reallaşdırılmayan penalti: Alvaro Morata, 12 (İspaniya) - qapıçı
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu

İsveç - Polşa - 3:2
Qollar: 
Forsberq,  2 (1:0), 59 (2:0), Levandovski, 61 (2:1), Levandovski, 84 (2:2), Klaesson, 90+4 (3:2)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu

E qrupu

1.İsveç

2.İspaniya

3.Slovakiya

4.Polşa


Qeyd edək ki, siz turnir cədvəlinə buradan baxa bilərsiz.