Türkiyəyə rəqib oldular
- 2022-01-06
Böyük Britaniya və İrlandiya DÇ-2030-a ev sahibliyi etmək üçün namizəd olmaq fikrindən daşınıb.
Bu barədə "Daily Star" məlumat yayıb. Böyük Britaniya və İrlandiya Avro-2028-ə ev sahibliyi etmək istədiyi üçün belə qərara gəliblər. Beləliklə, bu ölkələr yarışın təşkilatçılığı üçün Türkiyəyə və Rusiyaya rəqib olublar.
Xəbərdə o da qeyd olunub ki, Böyük Britaniya və İrlandiya mart ayına qədər namizədliyini rəsmi şəkildə təqdim etməlidirlər. Həmçinin bildirilib ki, 2028-ci ildə Avropa çempionatının 32 komandanın iştirakı ilə keçirilməsi gözlənilir. Hətta UEFA da sözügedən ölkələrin turnirə ev sahibliyi etmək istəyini müsbət qarşılayır.