"Avro-2020"də 13-cü gün
Milli komandalar

"Avro-2020"də 13-cü gün

  • 2021-06-23

Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulacaq.

E və F qrupunda keçiriləcək oyunlardan  sonra bütün 1/8 final cütləri müəyyənləşəcək.

E qrupunda İspaniya Slovakiya ilə qarşılaşacaq. İspanlar qrupdan çıxmaq üçün mütləq qalib gəlməlidir. Slovakiyanı isə heç-heçə də qane edəcək. E qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gələcək. Birincilər 1/8 finala vəsiqə əldə edibsə, Polşaya qrupdan çıxmaq üçün ancaq qələbə lazımdır.

“Ölüm qrupu” sayılan F qrupunda da isə Fransa pley-offa vəsiqəni təmin edibsə, digər 3 komandanın 1/8 finala çıxmaq şansı var. Almaniya Münhendə Macarıstanla qarşılaşacaq. Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçə etsə, hər iki komanda pley-offa yüksələcək.

Turun mərkəzi matçında isə Avropa çempionatının son finalçıları qarşılaşacaq. Portuqaliya Avro-2020-nin finalında məğlub etdiyi, son dünya çempionu Fransa ilə üz-üzə gələcək.

23 iyun

Avro-2020

3-cü tur

E qrupu

20:00. Slovakiya – İspaniya
Baş hakim:
 Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu

20:00. İsveç - Polşa
Baş hakim:
 Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu

F qrupu

23:00. Almaniya - Macarıstan
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen. “Allyans Arena”

23:00. Portuqaliya – Fransa
Baş hakim:
 Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”

Qeyd edək ki, siz turnir cədvəlinə buradan baxa bilərsiz.