İngiltərə millisindən antirekord
Milli komandalar

İngiltərə millisindən antirekord

  • 2021-06-23

İngiltərə millisi antirekordla Avropa çempionatları tarixinə düşüb.

Britaniyalılar 3 matçda cəmi 2 qolla qrup qalibi olub. İndiyədək heç vaxt qrupda 1-ci yeri tutan komanda bu qədər az fərqlənməyib.

Qeyd edək ki, qapısından top buraxmayan , Qaret Sautqeytin komandası Xorvatiya və Çexiyaya eyni – 1:0 hesabı ilə qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib.