Almaniya millisində 4 itki
Milli komandalar

Almaniya millisində 4 itki

  • 2021-06-23

Almaniya millisi Avro-2020-nin qrup mərhələsinin son turunda Macarıstanla oyuna ciddi itkilərlə çıxacaq.

"Bild"ə əsasən, Bundestimin heyətində Tomas Müller, Lukas Klosterman, İlkay Gündoğan və Mats Hummels zədəlidir. Bu oyunçuların görüşün iştirak ərizəsinə salınmayacağı bildirilib.

Qeyd edək ki, bu gün "Münhen Futbol Arenası"nda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.