3-cü dəfə ən yaxşı futbolçu seçildi
- 2021-12-24
Serbiyada 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Serbiya Futbol Federasiyasının saytına istinadən, "Ayaks"ın yarımmüdafiəçisi Duşan Tadiç ölkəsinin ən yaxşı oyunçusu seçilib. O, 2016 və 2019-cu illərdə də bu mükafata layiq görülüb.
Qeyd edək ki, Tadiç bir təqvim ilində 37 qol ötürməsi verib və Lionel Messinin rekordunu qırıb.