Cənubi Amerikadan 10 komanda Millətlər Liqasında
Milli komandalar

Cənubi Amerikadan 10 komanda Millətlər Liqasında

  • 2021-12-17

2024-cü ildə keçiriləcək Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması iştirak edəcək.

Bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Zbiqnev Bonek "ESPN"ə açıqlamasında danışıb. O, Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Perunun A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvadorun isə B Liqasında mübarizə aparacağını bildirib.

Qeyd edək ki, bütün qarşılaşmaların Avropada keçiriləcəyi gözlənilir.