Afrika Millətlər Kuboku ləğv edilə bilər
Milli komandalar

Afrika Millətlər Kuboku ləğv edilə bilər

  • 2021-12-15

Yanvarın 9-dan fevralın 6-dək Kamerunda keçirilməli olan Afrika Millətlər Kuboku yeni "Omicron" koronavirus ştammına görə ləğv edilə bilər.

Bu barədə "RMC" məlumat yayıb. Artıq Afrika Futbol Konfederasiyası məsələyə görə iclas təşkil edib. Avropadan azarkeşlərin və futbolçuların gəlişi sözügedən virusun daha da yayılmasına səbəb ola bilər. Ona görə də yarışın ləğv ediləcəyi gözlənilir. 

İngiltərə və Fransa klubları oyunçuları riskə atmağı deyil, turniri təxirə salmağı dəstəkləyiblər. 

Xəbərdə o da qeyd olunub ki, Afrika Kuboku ləğv olunacağı halda, turnir 2023-cü ildə Fil Dişi Sahilində keçiriləcək.