Meyson Maunt və Ben Çiluell Çexiya ilə oyunu buraxacaqlar
- 2021-06-22
İngiltərə millisinin futbolçuları Meyson Maunt və Ben Çiluell Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Çexiya ilə oyunu buraxacaqlar.
İngiltərə Futbol Federasiyasının saytına əsasən, "Çelsi"nin oyunçuları koronavirusa yoluxan Şotlandiya yığmasının yarımmüdafiəçisi Billi Qilmorla təmasda olduqları üçün iyunun 28-ə qədər təcrid olunublar.
Bu gün İngiltərə millisinin bütün üzvləri koronavirus testindən keçiblər və nəticə mənfi olub.
Qeyd edək ki, bu gün keçiriləcək Çexiya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.