Eto'O prezident seçildi
Milli komandalar

Eto'O prezident seçildi

  • 2021-12-11

"Anji", "Barselona", "İnter" və "Çelsi"nin sabiq hücumçusu Samuel Eto'O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.

"Tvitter" səhifəsinə istinadən, 40 yaşlı sabiq futbolçu seçkilərin nəticələrinə görə hazırkı prezident Seydu Mbombuo Njoyu qabaqlayıb - 31 səsə qarşı 43 səs .

Xatırladaq ki, Samuel Eto'O peşəkar karyerasını 2019-cu ildə başa vurub. Kamerunlu karyerası ərzində "Real", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton", "Sampdoriya", "Antalyaspor", "Konyaspor", Qətər klublarında çıxış edib. Eto'O üç dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İspaniya çempionu və bir dəfə İtaliya A Seriyasının qalibi olub.Samuel 1996-2014-cü illərdə çıxış etdiyi Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur.