Andrey Şevçenko məğlubiyyəti şərh edib
- 2021-06-22
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “Avro-2020”nin son qrup matçında Avstriyaya məğlubiyyəti (0:1) şərh edib.
Matçdan sonra verdiyi açıqlamada Şevşenko komandasının fiziki baxımdan çatdırmağını etiraf edib.
“Topa gecikəndə, çatdırmayanda gec ya tez səhv edirsən. Biz səhv etdik. Meydanın mərkəzində sadə vəziyyətdə topu itirdik. Künc zərbələrində yaxşı oynamadıq. Qol buraxdıq. Bundan sonra oyuna qayıtmaq şansımız olmadı.
Uşaqlar əllərindən gələni etdilər. Mən meydanda gücü qalmayan bir komanda gördüm. Ona görə də oyunu gücləndirmək üçün hansısa addım atmaq mümkünsüz idi. Hazırkı fiziki formamızın bizə imkan verdiyi səviyyədə oynaya bildik”.