Bakıya gələcək komandalardan biri müəyyənləşib
Milli komandalar

Bakıya gələcək komandalardan biri müəyyənləşib

  • 2021-06-22

Avro-2020-nin qrup mərhələsinin son turunda B qrupunun ikincisi bəlli olub.

Bununla da 1/8 finalın daha bir cütü və Bakıda keçiriləcək 1/4 finalda tərəflərdən biri olacaq komandalar müəyyənləşib. 1/8 finalda B qrupunda 2-ci yeri tutan Danimarka A qrupunun 2-cisi Uelslə qarşılaşacaq.


İyunun 26-da keçiriləcək Uels - Danimarka oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. Bu cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçındakı tərəflərdən biri olacaq. Yəni Uels millisi yenidən Bakıya gələ bilər. Digər komanda isə 1/8 finalın 3-cü cütünün qalib olacaq.