Daha 5 komanda 1/8 finalda
Milli komandalar

Daha 5 komanda 1/8 finalda

  • 2021-06-22

Avro-2020-də qrup mərhələsi başa çatmasa da, 3-cü yerin sahibi kimi 1/8 finala yüksələn ilk komanda bəlli olub.

Bu, A qrupunun üçüncüsü İsveçrə millisidir. Aktivində 4 xal olan və A, B, C qruplarının üçüncüləri arasında ən yaxşı nəticəyə malik komanda 4-lükdəki yerini təmin edib. Yəni İsveçrə millisi atıq 6 üçüncü yer sahibindən mərhələ adlayan 4 ən yaxşıdan biridir.

B qrupunun 3-cüsü Finlandiya və C qrupunun 3-cüsü Ukrayna 3 xal toplayıb. Bu nəticə daha 4 komandanın indidən qrupdan çıxmasına təminat verir. Bu, 2 turdan sonra hər birinin 4 xalı olan İsveç, Çexiya, İngiltərə və Fransa millisidir. Yəni bu komandalar hətta son turda uduzsalar belə, ilk 3 yerdən birini təmin edəcək və 4 xalla ən azı iki qrup 3-cüsü - Finlandiya ilə Ukraynanı qabaqlayaraq 1/8 finala yüksəlcək.

Qeyd edək ki, buna qədər İtaliya, Niderland, Belçika, Uels, Avstriya və Danimarka yığmaları da 1/8 finala çıxıblar.