De Brüyne pley-off mərhələsi haqda da danışıb
- 2021-06-22
"Finlandiyaya qarşı matçda qol şansları yaratmağın çətin olacağını bilirdik. İkinci hissədə bu tapşırığın öhdəsindən daha yaxşı gəldik".
Bu sözləri Belçika millisinin futbolçusu Kevin de Brüyne Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Finlandiyaya 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
29 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Romeli Lukakunun onların gizli silahı olduğunu bildirib: "Əslində o qədər də gizli deyil. Onu meydanda tapmaq asandır, cərimə meydançasında olanda harada olduğunu, topu ona necə verəcəyimi dəqiq bilirəm".
De Brüyne pley-off mərhələsi haqda da danışıb: "Bundan sonra nə olacağını demək çətindir. Pley-offda işlər fərqli olacaq. Səhv etsəniz, evə gedirsiniz. Növbəti matça yaxşı formada hazırlaşmağa çalışacağıq".
Qeyd edək ki, Belçika millisi B qrupunu 9 xalla 1-ci pillədə tamamlayıb.