1/8 finalın növbəti cütlükləri
- 2021-06-22
Bu gün Avro-2020-də 1/8 finalın iki cütlüyü müəyyənləşib.
Bu, C və B qrupunda keçirilən sonuncu turun oyunlarından sonra dəqiqləşib.
C qrupunda Ukrayna üzərindəki 1:0 hesablı qələbə sayəsində qrupunda 2-ci yer tutan Avstriya A qrupunu 1-ci pillədə tamamlayan İtaliya ilə qarşılaşacaq. Londondakı "Uembli" stadionunda keçiriləcək sözügedən görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
B qrupunda 2-ci yeri tutan Danimarka isə A qrupunun 2-cisi Uelslə qarşılaşacaq. İyunun 26-da keçiriləcək bu görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.