1/8 finalın ilk cütlüyü məlumdur
Milli komandalar

1/8 finalın ilk cütlüyü məlumdur

  • 2021-06-21

Avro-2020-də 1/8 finalın ilk cütlüyü müəyyənləşib.

Bu, C qrupunda keçirilən sonuncu turun oyunlarından sonra dəqiqləşib. Ukrayna üzərindəki  1:0 hesablı qələbə sayəsində qrupunda 2-ci yer tutan Avstriya A qrupunu 1-ci pillədə tamamlayan İtaliya ilə qarşılaşacaq. Londondakı "Uembli" stadionunda keçiriləcək sözügedən görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, ikinci 1/8 final cütlüyü isə bu gecə B qrupundakı Rusiya - Danimarka, Finlandiya - Belçika oyunlarından sonra bilinəcək.  Bu qrupda 2-ci yeri tutan komanda A qrupunun 2-cisi Uelslə qarşılaşacaq.